Valyuta ehtiyatımız artıb
12 may 2014 15:36 (UTC +04:00)

Valyuta ehtiyatımız artıb

0
 Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclasda 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatla çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9% artaraq 50 mlrd. ABŞ dollarını ötüb, bu isə dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. Ötən ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8% artaraq 37,6 mlrd. manata çatıb.

 

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, Azərbaycanda 2014-cü ildə və sonrakı üç ildə sosial-iqtisadi inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün kifayət qədər əsaslar qoyulub. Onun sözlərinə görə, ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisi 2014-cü ildəki 61,5%-dən 2017-ci ildə 72,4% təşkil edəcək. Gözlənildiyinə görə, 2015-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 68%, 2016-cı ildə isə 71% təşkil edəcək.

 

Büdcənin icrası ilə bağlı danışan millət vəkili Vahid Əhmədov isə iradlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 626

Oxşar yazılar