
Üzərində marixuana tapıldı
Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, mayın 10-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun 1-ci Nügədi sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədov saxlanılıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar yazılar

Uşağından bezən ana onu başqa qapıya atdı
4 mart 2025 , 12:08
Ağdamda qazıntı zamanı sümüklər tapıldı
4 mart 2025 , 11:06
Azərbaycanlı sürücünün TIR-ı yanıb kül oldu
4 mart 2025 , 11:04
Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü
4 mart 2025 , 10:36
Sumqayıtda keçmiş məhkum idarə etdiyi "Mercedes"də ölü tapıldı - YENİLƏNİB
4 mart 2025 , 10:20
Mingəçevirdə müəllim qazdan boğulub öldü - YENİLƏNİB
4 mart 2025 , 10:02
Xəzər dənizində zəlzələ oldu
4 mart 2025 , 09:49