Üstündə “Naqan” gəzdirən keçmiş məhkum saxlanıldı
06 sentyabr 2019 19:38 (UTC +04:00)

Üstündə “Naqan” gəzdirən keçmiş məhkum saxlanıldı

0
 
Polis qanunsuz silah daşıyan şəxsi tutub.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata əsasən, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları əvvəldən verilən məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. 
 
Nəticədə qanunsuz silah daşımaqda şübhəli bilinən və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunan X.Axundov saxlanılıb. Polisin keçirdiyi şəxsi axtarış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar