Usta işlədiyi sexin ətrafına narkotik bitki əkdi
06 sentyabr 2019 16:23 (UTC +04:00)

Usta işlədiyi sexin ətrafına narkotik bitki əkdi

0
Qəbələdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Lent.az-a verdiyi məlumata əsasən, Qəbələ rayon Polis Şöbəsi əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nic qəsəbə sakini O.Çalabari saxlanılıb. Axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.
 
Onun qəsəbə ərazisində usta işlədiyi sexin ətrafına baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirdiyi 26 ədəd çətənə kolu və 3 kiloqram 230 qram marixuana tapılaraq götürülüb.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar