Mingəçevir sakini bədbəxt hadisə nətiəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, evdə ustası işləyən 1963-cü il təvəllüdlü Bəkirov Hidayət Məhəmməd oğlu bu gün günorta saatlarında dam örtüyünü quraşdıran zaman ehtiyatsızlıq edib və damdan yıxılaraq ölüb. Yaxınlarının dediyinə görə, onun şiferi örtüyü vurarkən ayağı sürüşüb yıxılıb. Dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparlılır.