<b>Azərbaycanda Aliment Fondu yaradılır? <span style="color:red;"> DEPUTATDAN TƏKLİF </b>
03 may 2019 14:25 (UTC +04:00)

Azərbaycanda Aliment Fondu yaradılır? DEPUTATDAN TƏKLİF

Milli Məclisin üzvü Fazil Mustafa bu gün parlamentin iclasında Aliment Fondunun yaradılmasının zəruriliyi və eyni zamanda uşaq pulunun bərpa olunması ilə bağlı təklif irəli sürüb.

Lent.az-ın məlumtına görə, deputat bildirib ki uşaq pulunun ilkin olaraq 6 yaşadək uşaqlara şamil olunması məqsədəuyğundur. “ Ələbttə, istərdik ki, bu 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. Ümid edirik ki, rəsmi qurumlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

F.Mustafayevin Milli Məclisdə uşaq pulu ilə bağlı irəli sürdüyü təklifi aşağıdakı videoda geniş şəkildə izləyə bilərsiniz:

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar