Ukraynadan saxta pasportla çıxmaq istəyən azərbaycanlı tutulub
29 aprel 2014 11:48 (UTC +04:00)

Ukraynadan saxta pasportla çıxmaq istəyən azərbaycanlı tutulub

Ukrayna- Rusiya sərhədini saxta pasportla keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.


 

APA-nın Rusiya bürosunun məlumatına görə, adı açıqlanmayan Azərbaycan vətəndaşı Belqorod vilayətindəki sərhəd-keçid məntəqəsində tutulub.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Belqorod və Voronej vilayətləri üzrə İdarəsinin yaydığı məlumatda Azərbaycan vətəndaşının Ukraynadan Rusiyaya keçmək istədiyi bildirilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşının pasportundakı məlumatlar saxtadır.

 

Azərbaycan vətəndaşı pasportu 2010-cu ildə 1000 ABŞ dollarına aldığını etiraf edib. O, saxta pasportu Rusiya ərazisində yaşamağı leqallaşdırmaq üçün əldə etdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar