Ukraynada yaşayan azərbaycanlılardan dövlətə dəstək gəldi
16 aprel 2014 13:43 (UTC +04:00)

Ukraynada yaşayan azərbaycanlılardan dövlətə dəstək gəldi

Ukrayna baş nazirinin müavini Aleksandr Siç Nazirlər Kabinetində ölkədə yaşayan etnik xalqların nümayəndələri ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev də iştirak edib.

Görüşdə çıxış edən Rövşən Tağıyev Ukraynanın bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayıb. O, ölkənin şərqində baş verən hadisələr fonunda ölkənin parçalanmasının qarşısının alınması istiqamətində güclərin birləşdirilməsinin vacibliyindən danışıb. Tağıyev Ukrayna vətəndaşı olan azərbaycanlıların buna hazır olduğunu bildirib.

R. Tağıyev həmçinin təkliflə də çıxış edib. O, bildirib ki, Ukraynanın əvvəlki prezidentinin dövründə ləğv olunan milli azlıqlarla bağlı Mərkəzi İcra Orqanı bərpa olunsun: “Çünki bu strukturun fəaliyyəti etnik xalqların, o cümlədən Ukraynada yaşayan azərbaycanlıların bütün dövlət orqanlarında maraqlarının təmin olunmasına yönəlmişdi”.

 

Tədbirdən sonra Aleksandr Siç Rövşən Tağıyev ilə təkbətək görüş keçirib. Görüşdə Ukraynadakı Azərbaycan diasporunu narahat edən məsələlər müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10