Ukraynada polkovnik girov götürüldü
15 may 2014 01:15 (UTC +04:00)

Ukraynada polkovnik girov götürüldü

0
Naməlum silahlılar Ukrayna DİN polkovniki Yuri Lebedi girov götürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili Qoşunlarının mətbuat xidməti bildirib.

 

“Mayın 12-də, axşam saatlarında Şərq operativ-ərazi birliyinin rəisi səlahiyyətlərini icra edən polkovnik Yuri Lebed işdən evə qayıdarkən naməlum silahlılar tərəfindən girov götürülüb”, sənəddə deyilir.

 

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-istintaq tədbirləri görür. İnsidentin baş verdiyi yer açıqlanmır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1397

Oxşar yazılar