Ukraynada həmyerlimiz ikiyaşlı körpəni şirin pəncəsindən xilas edib.
APA – nın Ukraynanın HTH telekanalına istinadən verdiyi məlumata görə, Kiyev vilayətində səyyar sirkdə saxlanılan şir ikiyaşlı uşağı az qala param-parça edəcəkdi.
Uşağın anası dükanda olarkən, körpə sirkin yerləşdiyi küçəyə çıxıb.
Bu zaman milliyyətcə azərbaycanlı olan Raqif Kərimov uşaq səsini eşidərək, hadisə yerinə qaçıb. Orada o, şirin uşağın başını qoparmağa hazırlaşdığını görüb. R.Kərimov düşünmədən daşla şirin başına vurmağa başlayıb. Bu vaxt sirkin personalı özünü yetirib.
Şir səs-küydən çəkinərək uşağı buraxıb. Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov APA-ya bildirib ki, bundan sonra şirin sahibi heyvanı ərazidən uzaqlaşdırıb.