Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 09 :00 radələrində Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
99 –DY-262 dövlət nömrə nişanlı, ağır tonnajlı beton qarışdıran avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər yanaraq ölüb.
Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayonunun Yanğından Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.
avto.lent.az-ın məlumatına görə, qəzada yanaraq ölənlərdən biri Göyçar rayon prokurorunun köməkçisi Emin Qurbanovdur.