Ucarda elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb
04 iyun 2014 21:28 (UTC +04:00)

Ucarda elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb

Son aylar Ucar rayonunda elektrik enerjisinin verilməsi ilə bağlı çox ciddi problemlər yaşanır.

Yerli sakinlərin APA – ya verdiyi məlumata görə, son 4 gündə rayonun  bir çox yaşayış məntəqələrinə elektrik enerjisi fasilələrlə verilir. Belə ki, dünən axşam saatlarından bu gün günorta saatlarına kimi enerjinin verilişində fasilə yaranıb. Axşam saat 17:00 radələrindən elektrik enerjisinin verilişi yenidən dayandırılıb. Bu da elektrik cihazlarının işləməməsi, havaların isti keçməsi ilə əlaqədar olaraq, soyuducuda olan yeyinti məhsullarının yararsız hala düşməsinə səbəb olur. Son günlər hava şəraitindən asılı olmayaraq, elektrik enerjisinin verilişində tez - tez fasilələrin yaranması abonentlər arasında böyük narazılığa səbəb olub.

  

Ucar Paylayıcı Elektrik şəbəkəsinin növbətçi hissəsindən verilən məlumata görə, bu gün enerjinin fasilələrlə verilməsinə səbəb rayonun Qazyan kəndində elektrik naqillərində yaranmış problemdir. Ötən günlərdə elektrik enerjisinin fasilələrlə verilməsi barədə isə Ucar Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyi heç bir məlumat vermədi.

 

Ucar İcra Hakimiyyətindən isə bildirildi ki, elektrik enerjisinin son günlərdə fasilələrlə verilməsinə əsas səbəb elektrik dirəklərinin, naqillərinin, ümumilikdə avadanlıqların köhnə olması və istismar müddətinin başa vurmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar

"28 may"da mağaza yandı

"28 may"da mağaza yandı

17 mart 2025 , 03:41
Rəssam Nağdəli Xəlilov

Nağdəli Xəlilov vəfat etdi

17 mart 2025 , 00:55
Ənvər Həsənov vəfat etdi , Buzovnada dəfn olunacaq

Ənvər Həsənov vəfat etdi, Buzovnada dəfn olunacaq

16 mart 2025 , 23:04
Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu -YENİLƏNİB

Ordumuzun mövqeləri növbəti dəfə atəşə tutuldu-YENİLƏNİB

16 mart 2025 , 21:20
Ziyadxan Əliyev vəfat etdi

Ziyadxan Əliyev vəfat etdi

16 mart 2025 , 21:13
Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

Zaqatalada yol qəzası baş verib, ölən şəxsin kimliyi məlum olub

16 mart 2025 , 20:55
Qurban Məmmədov istintaqa çağırıldı

Qurban Məmmədov istintaqa çağırıldı

16 mart 2025 , 20:29
Tural Sadıqlı istintaqa çağırıldı

Tural Sadıqlı istintaqa çağırıldı

16 mart 2025 , 20:15