Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Ucar rayon sakini Vaqif Qanboy oğlu Əliyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Şakir oğlu Məmmədovu vurub.
Ağır xəsarət alan R. Məmmədov hadisə törədən sürücünün köməkliyi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib. R. Məmmədov Ucar Mərkəzi Rayon Xəstəxanasında Tramotologiya Şöbəsi olmadığı üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.