Fevralın 21-də axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Çarxı kəndində (rayon mərkəzindən 8 km aralı) ümumi sahəsi 690 kv.m olan tikilinin içərisində yerləşdirilmiş yarımstansiyada gücü 10 kVt olan transformatorun paylayıcı qurğusunda 5 ədəd elektrik açarı və qoruyucular yanıb. Yarımstansiya və tikili yanğından mühafizə olunub.
İkinci hadisə Şamaxı rayonunda qeydə alınıb. Rayonun Nağaraxana kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv. m olan köməkçi tikilinin tavanı 15 kv. m sahədə və içərisində olan qızdırıcı qurğu yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Ağcabədi rayonunda qeydə alınıb. Rayonun Salmanbəyli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 48 kv. m olan tikilinin dam örtüyü 24 kv. m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.