"Fənərbaxça" klubu bu həftə Van Persi ilə müqavilə bağlayacaq
08 iyul 2015 17:45 (UTC +04:00)

"Fənərbaxça" klubu bu həftə Van Persi ilə müqavilə bağlayacaq

0

Türkiyənin tanınmış jurnalisti, "Fənərbaxça" klubunun keçmiş idarəçisi və divan üzvü Uğur Dündar azarkeşləri sevindirəcək məlumat paylaşıb.

 

Lent.az-ın məlumatına görə, jurnalist "Twitter" hesabında məşhur holland futbolçu Van Persinin bu həftə İstanbula gələcəyini və klubla müqavilə imzalayacağını bildirib.

 

O, deyib ki, bir problem olmasa, Van Persi həftənin 4-cü və ya 5-ci günü İstanbulda olacaq: “Əziz “fənərbaxça”lılar, bir problem olmazsa, cümə axşamı və ya cümə günü Robin Van Persi İstanbula gəlib, klubla müqavilə bağlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar