Türkiyənin müdafiə naziri mayda Naxçıvana gələcək
21 aprel 2014 11:00 (UTC +04:00)

Türkiyənin müdafiə naziri mayda Naxçıvana gələcək

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına planlaşdırılan səfərinin tarixi məlum olub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyənin müdafiə naziri mayın 14-15-də Naxçıvan Muxtar Respublikasında səfərdə olacaq.

Səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə baş tutacaq.

 

Səfər çərçivəsində Türkiyə müdafiə nazirinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı və Muxtar Respublika rəhbərliyi ilə görüşləri planlaşdırılır.

 

İ. Yılmazın başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri ilə də tanış olacaq.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar