Türkiyədə növbəti terror hadisəsi baş verib. Tunceli- Elazığ polis bölməsinin yaxınlığında PKK terrorçularının əsgərləri daşıyan hərbi maşınların keçdiyi yola yerləşdirdikləri partlayıcı qurğu işə düşüb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, dərhal hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, hadisə zamanı 3 əsgər dünyasını dəyişib. Çoxlu sayda isə yaralıların olduğu bildirilir. Ölülərin sayını "İhlas" xəbər agentliyi də təsdiqləyib.