Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti FHN-də olub
Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə iyulun 15-də Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) nümayəndə heyətini qəbul edib. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verib.
Görüş zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Türkiyə nümayəndə heyəti Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.