Türkiyə “Su-24” pilotlarının sağ qaldığını ehtimal edir
24 noyabr 2015 21:59 (UTC +04:00)

Türkiyə “Su-24” pilotlarının sağ qaldığını ehtimal edir

Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin pilotlarının sağ qaldığını hesab edir. APA-nın məlumatına görə, bu barədə “Reuters” adı çəkilməyən türkiyəli məmura istinadən məlumat yayıb.   

 

Məlumata görə, Türkiyə hakimiyyəti onların əsirlikdən azad olunmaları istiqamətində səylər göstərir.  

 

“Pilotların sağ qalması barədə məlumat əldə edən qurumlarımız onların azad olunması istiqamətində çalışırlar”, deyə məmur bildirib.   

 

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. İnsident nəticəsində pilotların öldüyü bildirilir, lakin bununla bağlı rəsmi məlumat hələ ki verilməyib. Rusiya tərəfi sərhədi pozmadığını iddia edir.

 

Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar