Azərbaycanlı transseksual Türkiyədə amansızcasına qətlə yetirilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kristina” ləqəbli transseksual Ramil Əliyev dünən gecə İstanbulun məşhur Bəyoğlu səmtindəki otellərdən birində ölü tapılıb.
Məlumata görə, hadisə o, iranlı Aşkan Kazemi ilə otelə gəldikdən biraz sonra baş verib. Oteldən həyəcanlı şəkildə ayrılan iranlı turist taksiyə əyləşərək oradan uzaqlaşıb.
Hadisə barədə polisə məlumat verildikdən sonra cinayətkarın axtarışları aparılıb. A.Kazemi Bursada yaxalanaraq İstanbula gətirilib. O, ilkin ifadəsində bildirib ki, intim əlaqə üçün razılaşdığı şəxsin qadın olmadığını görüb və ondan oteldən getməsini istəyib. “Kristina” isə pul almaq üçün israr edincə mübahisə düşüb və onu qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.