Tünzalə Ağayevanın heyran olduğu türk sənətçi
05 aprel 2014 11:38 (UTC +04:00)

Tünzalə Ağayevanın heyran olduğu türk sənətçi

Türkiyənin  “TRT-Muzik”  kanalında “Bir səsin cazibəsi” adlı proqramında aparıcılıq edən Tünzalə Ağayevanın bu gün axşamkı qonağı məlum olub. Lent.az-ın məlumatına görə, hər şənbə saat 00:30-da efirə çıxan proqramda bu dəfə Türkiyənin tanınmış müğənnisi Sedat Yücə olacaq. T.Ağayeva proqramına qonaq olan S.Yücə barədə bu sözləri söylədi: “Qonağım Sedat Yüce həm vokal imkanları, həm də nəfəs alətində gözəl ifası ilə məni heyran etdi. Sevindim ki, o, tək öz sənəti ilə məşğul olmur, istedadlı uşaqlara yaratdığı musiqi məktəbində böyük dəstək göstərir. Bu, bir musiqiçi üçün çox yaxşı haldır”.  
 

Qeyd edək ki, T.Ağayevanı "Bir sesin cazibesı " proqramında 15 musiqiçidən ibarət Anakara Kent Orkestrası müşayiət edir. Orkestrin rəhbəri Cüneyt Sözmen, aranjemanlar Alperen Sözmen, backvokalistlər Ankara Kent Orkestrasının solistləri Neval Solak və Turqay Bengüdür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar