Tüfənglə arvadını güllələdi, daha sonra özünü bıçaqlayaraq öldürdü - <span style="color:red;">YENİLƏNİB
29 noyabr 2015 07:46 (UTC +04:00)

Tüfənglə arvadını güllələdi, daha sonra özünü bıçaqlayaraq öldürdü - YENİLƏNİB

0

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə,  noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi  bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

 

Polis bölməsindən insidentlə əlaqədar  APA-ya hələlik açıqlama verilməyib.  

 

 

**** 01.28

 

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib.  Zaqatala rayon mərkəzi xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

 

Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.

 

Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına  hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

 

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar