TQDK dərsliklərin müzakirəsini davam etdirir
02 mart 2013 16:51 (UTC +04:00)

TQDK dərsliklərin müzakirəsini davam etdirir

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan tarixi fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı iclas keçirilib. Bu barədə lent.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

 Gündəlik məsələ, ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Azərbaycan tarixi dərsliyinin və müəllim üçün metodik vəsaitin müzakirəsi ilə bağlı olub. Müzakirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, nəşriyyat əməkdaşları, eyni zamanda  dərslik müəllifləri iştirak edib. Müzakirələrdə dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və  təkliflər verilib.   

Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.

 

Qeyd edək ki, Komissiyada  Biologiya fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı da seminar iclası keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar