Sentyabrın 10-da Şəmkir rayonunun Muxtariyyət kəndində keçirilən toyda həmkəndlisini bıçaqlayan şəxs tutulub. Lent.az xəbər verir ki, toy mərasimində 1986-cı il təvəllüdlü Hüseynov Emin Mədət oğluna çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən şəxsin 1988-ci il təvəllüdlü Qasımov Elçin Zakir oğlu olması müəyyən edilib və o tutulub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.