Toyda mahnı üstündə yeznəsini ölümcül döyənin məhkəməsi davam edir
30 sentyabr 2016 15:57 (UTC +04:00)

Toyda mahnı üstündə yeznəsini ölümcül döyənin məhkəməsi davam edir

0

Toyda mahnı üstündə yeznəsini ölümcül döyməkdə təqsirli bilinən Namiq Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində  Bəhruz Bayramov ifadə verib. O, ifadəsində Namiq Novruzovla Elşad Həsənovun toy zamanı içkili olduğunu deyib: "Toy yaxşı gedirdi. Elşad qonaq idi. "Bakılı balasıyam" mahnısı oynamaq istəyirdi. Mahnını sifariş versə də onun "zakazı" gecikirdi. Elşad buna görə əsəbiləşmişdi. Mən Elşada dedim ki, narahat olma sənin istədiyin olacaq. Sonra baş qarışdı. 2 saat yaxın vaxt keçmişdi. Mahnı hələ də çalınmamışdı. Toyxanadan çıxdım. Bir müddətdən sonra qayıdanda gördüm ki, Elşadla Namiq güləşir. Telefonumu çıxardıb həmin anı yaddaşa yazmaq üçün çəkiliş elədim. Bir an güləşi buraxıb əlbəyaxa oldular. Çəkilişi dayandırıb onları ayırmağa çalışdım".

 

 

Hakim şahidə sual verərək soruşub ki, Elşadı təkcə Namiqi vurub?

 

 

Şahid suala cavab olaraq bildirib ki, dava düşmüşdü: "Orda olanların hamısı onları ayırırdı. Kiminsə onu vurduğunu görmədim".

 

 

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Elşad Həsənovu o cür döyülməsi tək Namiq Novruzovun işi ola bilməz. Bu hadisə başqa şəxslərdə iştirak edib.

 

 

Hakim təqsirləndirilən şəxsdən Elşad Həsənova xəsarəti tək onun yetirdiyini soruşsada Namiq Novruzov bu suala cavab verməkdən imtina edib.

 

 

Hadisə zamanı döyülən Elşad Həsənov isə hadisə zamanı huşsuz vəziyyətə düşdüyünü və  yalnız 6-7 ay sonra tam bərpa olduğunu bildirib. Buna görə də hadisələrin necə olduğunu xatırlamır: "Elşadla barışmışıq, artıq heç bir şikayətim yoxdur".

 

Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxs bəzilərini qorumaq məqsədi ilə orda zərərçəkən şəxslərin adını vermir.

 

Proses oktyabrın 3-də davam edəcək.

 

 

Qeyd edək ki, hadisə bu il  Xudat rayonunda baş verib. N.Novruzovla yeznəsi E.Nadirovun arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə toyda mahnı sifarişi olub. İçkili olan həmin şəxslər daha sonra toy evindən uzaqlaşaraq, başqa yerdə mübahisə ediblər. Nəticədə, N.Novruzov E.Nadirovu döyüb. E.Nadirov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra N.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar