Azərbaycanda toyda pul kassasını oğurladılar
30 iyul 2018 12:26 (UTC +04:00)

Azərbaycanda toyda pul kassasını oğurladılar

Kürdəmirdə toy məclisindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib. Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Səlcuq Elçin

Oxşar yazılar