Tovuzda torpaq üstündə dava: 1 yaralı
27 iyun 2016 00:13 (UTC +04:00)

Tovuzda torpaq üstündə dava: 1 yaralı

0

Tovuzda torpaq üstündə dava olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Cırdaxan kənd sakini, 1966-cı il təvəllüdlü Abdulla Ələkbərov boyun və qulaq nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə A. Ələkbərov torpaq üstündə yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən bel ilə vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar