Tovuzda təmir sexi və içəridə olan “VAZ” markalı avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Düz Qırıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexində 2 ədəd pəncərə çərçivəsi və təmirə dayanmış vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.