APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 24-də Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib.
Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilsə də sonradan müəyyən olunub ki, Əlibəyli sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub. Qəfildən baş verən güclü partlayış zamanı iri buynuzlu mal- qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb.
Kənd sakinləri bildirib ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur və son nəticədə bu kimi hadisələr baş verir.