Tovuzda 25 yaşlı gənc bıçaqlanıb
24 iyul 2019 01:39 (UTC +04:00)

Tovuzda 25 yaşlı gənc bıçaqlanıb

 

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Avılbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 25 Elşən Hümbətov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. E.Hümbətov əməliyyat olunub, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hadisəni törədən şəxs və ya şəxlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar