Tovuzda 18 yaşlı oğlanı ilan sancdı
20 avqust 2015 21:46 (UTC +04:00)

Tovuzda 18 yaşlı oğlanı ilan sancdı

0

Tovuzda 18 yaşlı oğlanı ilan sancıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Mülkülü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Yusif Qasımov özlərinə məxsus əkin sahəsində işləyərkən ilan onun sağ əlindən sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, son 3 ay ərzində Tovuzda 15-ə yaxın sakini ilan sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar