Hazırda həbsdə olan Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko istifadə etdiyi yuyucu və kosmetik vasitələrində zəhərli maddə ola biləcəyini söyləyib.
Lent.az-ın “utro.ru” saytına istinadən verdiyi məlumata görə, Yuliya Timoşenko bu barədə Ukrayna Dövlət Penitensiar Xidmətinə məlumat verib.
Penitensiar Xidmət isə ekspertiza nəticəsində hər hansı təhlükəli maddə tapılmadığını açıqlayıb və Yuliya Timoşenkonun şübhələrini əsassız sayıb.