Tikinti faciəsində təqsirli bilinən şəxsin cəzası yüngülləşdi
28 noyabr 2014 14:55 (UTC +04:00)

Tikinti faciəsində təqsirli bilinən şəxsin cəzası yüngülləşdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində tikintidə baş verən faciəvi hadisənin baş verməsində təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Rövşən Hüseynlinin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 5 il müddətinə azadlıqdan məhrumetmədən 4 il müddətinə dəyişdirilib.

Qeyd edək ki, bədbəxt bu il avqustun 20-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyevə məxsus bağ evinin tikintisi zamanı baş verib. Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası tərəfindən tikilməkdə olan evin beton örtüyü uçub. Nəticədə orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqun altında qalıb. E.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb, Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Hüseynli 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Səlcuq Elçin

Oxşar yazılar