Bakının Hüseyn Cavid prospektində “Qaya Holdinq” şirkəti tərəfindən tikilməkdə olan yaşayış kompleksində yanğın baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə yerinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən briqadası cəlb olunub.
Yanğının qarşısını qısa müddət ərzində almaq mümkün olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.