Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqlamaqda təqsirli bilinən İsmayıl Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası dekabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində mühafizəçi kimi çalışan Biləsuvar rayon sakini, 25 yaşlı İsmayıl Abbasov iş yoldaşı – Bakı şəhər sakini, 31 yaşlı Konstantin Dutkini bıçaqlayıb. İş yoldaşının ciddi xəsarət aldığını görən İsmayıl ona yardım da etmək istəyib. Onlar hadisədən əvvəl zarafatlaşıblar. Elə hadisə də onların zarafat etməsi zamanı baş verib.