Bu gün Xətai rayon məhkəməsində müğənni Nazəninin( Salayeva Nazənin Rəhim qızı) həmkarı Təranə Qumrala (İbrahimova Təranə Xeyrulla qızı) qarşı iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Raziyyə Ataşovanın sədrliyi ilə keçirilən qapalı prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 17-ə təyin edilib.
Qeyd edək ki, iddiada Təranə İbrahimova tərəfindən Nazənin Salayevanın barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.
Bu gün Nərimanov rayon məhkəməsində Təranə Qumralın Nazəninə qarşı iddiasına baxılıb. Məhkəmə dekbrın 17-ə təyin edilib.