<span style="color:red;">Düşmən atəşkəsi pozdu:  DSX-nin hərbçisi yaralandı
31 iyul 2019 19:03 (UTC +04:00)

Düşmən atəşkəsi pozdu: DSX-nin hərbçisi yaralandı

0
 
 
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir. 
 
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­muşdur. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub.
 
Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar