Bu gün səhər saatlarında Abşeron rayonu Masazır qəsəbəsində intihar hadisəsi baş verib. Lent.az-ın axar.az-a istinadən məlumatına görə, Qaçaq Nəbi küçəsinin sakini, ali məktəb tələbəsi olan Nurlan Məmmədov yaşadığı evdə özünü asıb.
Tələbə oğlan sevdiyi qıza görə özünü öldürdü
İlkin ehtimala görə, intiharın səbəbi Nurlanın sevdiyi qız olub. Onun sosial şəbəkədə axırıncı statusunun “S`ON” olduğu bildirilir.
Sevdiyi qıza görə (qızın baş hərfinin “s” olduğu güman edilir) özünü öldürən gəncin intiharının təfərrüatı açıqlanmır.
3139