Təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb
26 yanvar 2015 19:40 (UTC +04:00)

Təcridxanaya telefon keçirilməsinin qarşısı alınıb

 Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilmiş şəxs Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

 

Bu zaman sovqatda olan “Arko men" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar