Bakıda təcridxanada intihar hadisəsi baş verib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında qeydə alınıb.
Təcridxanada saxlanılan, 1980-ci il təvəllüdlü Elnur Qüdrət oğlu Aslanov sağ qolunun damarını kəsərək özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.