Təbiətə ziyan vuran şirkətə cinayət işi açılacaq
29 mart 2019 14:10 (UTC +04:00)

Təbiətə ziyan vuran şirkətə cinayət işi açılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Səlcuq Elçin

Oxşar yazılar