[b]Qadın futbolçuya HÖKM OXUNDU - Bu səbəbdən[/b]
Bakıda bıçaqlamaqda təqsirləndirilən qadın futbolçu Samirə Kurdyukovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması cəzası verilib.
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlanıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, S.Kurdyukova 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.
591