İlham Mirzəyev yenidən xəstəxanaya yerləşdirilib
17 oktyabr 2014 15:26 (UTC +04:00)

İlham Mirzəyev yenidən xəstəxanaya yerləşdirilib

Tanınmış teleaparıcı İlham Mirzəyevin barəsində çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək. Bu barədə Lent.az-a İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib. O, bildirib ki, aparacıya elan edilən ittihamlarda cinayətin əsası yoxdur. Vəkilin sözlərinə görə, həmin ittihamlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilməli idi. X. Bayramzadə apelyasiya instansiyasında İlham Mirzəyevə bəraət hökmünün çıxarılmasını tələb edəcəklərini bildirib, eləcə də, teleaparacanın səhətində problemlərin olduğunu qeyd edib. “O, xəstəxanaya yerləşdirilib, bel ağrısından və bir neçə xəstəlikdən əziyyət çəkir. Hazırda cəzaçəkmə məntəqəsinin tibb məntəqəsində müalicə olunur”.

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar