Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Teleaparacının vəkili Xanlar Əliyevin Lent.az-a verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Baxış iclası dekabrın 9-na təyin edilib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.