Alqayıt həyat yoldaşından 40 gün sonra öldü
12 yanvar 2013 23:31 (UTC +04:00)

Alqayıt həyat yoldaşından 40 gün sonra öldü

 

Tanınmış el sənətkarı, aşıq Alqayıt vəfat edib. Şairə Sevinc Akifqızının Lent.az-a veridiyi xəbərə görə,73 yaşlı şair Alqayıt bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib. Mərhum sabah dəfn olunacaq.

 

Yanvarın 14-də isə həyat yoldaşı Siyaf Xəlilovanın 40 mərasimidir.

 

Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olub. 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirib.

 

1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunub.1974-cü ilə qədər orada fəaliyyət göstərib.

 

1974-cü ildə yenidən Göyçə mahalına qayıdıb. Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979 -cu ildən Göygöl rayonunda məskunlaşmış,Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərib.

 

Onun “Qalx ayağa, Azərbaycan" "Yaralı qartal",  "Hərbi nəşriyyat", "Seyid Bayram ocağı" "Analı dünyam",  "Hərbi nəşriyyat" və digər şeir kitabları var.

 

Allah rəhmət eləsin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9696

Oxşar yazılar