Tanınmış baş redaktor dəm qazından boğulub öldü  - YENİLƏNİB
02 mart 2018 17:41 (UTC +04:00)

Tanınmış baş redaktor dəm qazından boğulub öldü - YENİLƏNİB

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb.

 

APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

***

15:05

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

 

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar