Həbsdəki ilahiyyatçının şikayəti təmin edilmədi
05 avqust 2016 16:27 (UTC +04:00)

Həbsdəki ilahiyyatçının şikayəti təmin edilmədi

0

 

Bakı Apellyasiya Məhkəməsində illahiyyatçı Zülfüqar Mikayılovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı şikayət üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına görə, Z.Mikayılovun şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində Z. Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay uzadılıb

 

Xatırladaq ki, Zülfüqar Mikayılov Nardaran hadisələrinə görə həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar