Tanınmış aparıcı ATV-ni nazirliyə dəyişdi
05 may 2014 13:40 (UTC +04:00)

Tanınmış aparıcı ATV-ni nazirliyə dəyişdi

“ATV” telekanalında yayımlanan “ATV Xəbər” proqramının aparıcısı Günel Bəhramqızı telekanaldan ayrılıb. Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, G. Bəhramqızı faktı təsdiqləyib. O bildirib ki, 10 ildir çalışdığı ATV-dən ayrılmaq asan olmayıb:

 

“İllər boyu ana xəbərin aparıcısı olmuşam. Öz həyat fəaliyyətimi düşünüb qərarlaşdırdım, fəaliyyət istiqamətimi dəyişdim. ATV-də həmişə mənə yüksək münasibət olub. Kanaldan ayrılmağımın əleyhinə olublar. Lakin hər kəsin həyatda arzuları, istəkləri olur. Mən də dəyişiklik etmək istədim, şükürlər olsun ki, hələ ki, işlər arzuladığım istiqamətdə gedir. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Mənə maraqlı təklif gəldi, dəyərləndirməli oldum. Hazırda fəaliyyətimi nazirliklərin birində davam etdirirəm. Bütün ATV-çilərə uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar