Yevlaxda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk ediblər.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində daş hasara vurulmuş vəziyyətdə tapılıb.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Emin İsmayılov və Əli Bayramov saxlanılıblar.