Bu gün saat 09:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olan Heydər Əliyev prospektində (Heydər Əliyev Mərkəzindən metronun “Koroğlu” stansiyasına kimi bağlı olan hissədə) hərəkət tam bərpa olunub. Lent.az-ın məlumatına görə, prospektdə hərəkətə saat 14:00 radələrindən etibarən icazə verilib.
Qeyd edək ki, prospektin yuxarıda qeyd edilən hissəsi Bakıda keçirilən beynəlxalq velosiped yürüşünün birinci mərhələsinə görə bağlanmışdı.